GÜNDƏMÖLKƏ

Bu ərazilərə qar yağdı – FOTOLAR

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb.

Kanal.az APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb.

Böyük Qafqaz sıra dağlarının şimal-qərb bölgəsindən keçən hissəsində, yüksək dağlıq ərazilərdə artıq bir neçə gündür qar yağması müşahidə olunur.

Noyabrın 8-dən 9-na keçən gecədən başlayaraq Qax rayonunun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə, eləcə də Şəki rayonunun Oxud və Kiş kəndlərinin inzibati ərazilərinə qar yağıb.

Hazırda Sarıbaş kəndində qar örtüyünün qalınlığı 10 santimetri ötüb. Şəkinin Oxud və Kiş kəndlərində isə qarın qalınlığı 3-6 santimetr arasında dəyişir.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir. Havanın temperaturu düzənlik ərazilərdə müsbət 5, yüksək dağlıq ərazilərdə isə mənfi 4 dərəcəyədək enib.

Oxşar xəbərlər

5 günlük tətil başlayır – Tarixlər açıqlandı

kanal_az

“Pəncərədən baxıb ki, anası dəhlizdə paltarsız uzanıb” – Əməkdar artist

kanal_az

Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”

kanal_az

Bakıda qadın illərdir pul yığdığı bankanın ağzını açanda heyrətə gəldi – Sən demə, yığdığı pulların hamısı… – FOTO

kanal_az

Polad Həşimovun anasının son durumu açıqlanıb

kanal_az

Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu – VİDEO

kanal_az