DÜNYAGÜNDƏM

Məşhur türk aparıcı kişi axtarır: “Çox varlı olsun, yaxşı öpməyi bacarsın”

Türkiyəli teleaparıcı Saba Tümer ideal kişidə axtardığı xüsusiyyətləri açıqlayıb.

Kanal.az musavat.com-a istinadən bildirir ki,  Saba Tümer bu barədə Melis İşitenin təqdim etdiyi “Zaten Şov” proqramında danışıb.

Aparıcı bir kişidə onu cəlb edən beş əsas xüsusiyyəti sadalayıb: birlikdə əylənə bilmək, yaxşı öpüşmək, yumor hissinə malik olmaq, çox varlı olmaq və xoş qoxmaq.

Tümer eşq həyatı ilə bağlı açıqlamalarında ən uzun münasibətlərinin Xərçəng bürcündə olan kişilərlə yaşandığını da bildirib.

“Ən uzun münasibətlərim həmişə Xərçəng bürcü kişiləri ilə olub. Artıq Xərçəng kişilərinin nə qədər şirin yalançı olduğunu biləcək qədər təcrübəliyəm. Tövbə!” – deyə o, zarafatla qeyd edib.

Flört etməyi sevdiyini gizlətməyən aparıcı münasibətlərdə fiziki uyğunluğun və enerjinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, insanlar arasında kimyəvi uyğunluq məcburiyyətlə yaranmır.

Saba Tümer müasir münasibətlərdə səmimiyyətin azaldığını da düşünür. O, insanların həm dostluqda, həm də şəxsi münasibətlərdə daha süni davrandığını, nümayiş və özünü göstərmək həvəsinin artdığını bildirib.

Oxşar xəbərlər

Polad Həşimovun anasının son durumu açıqlanıb

kanal_az

Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu – VİDEO

kanal_az

“​​​​​​​Qadın evlidir, amma başqasını sevir“ – İradə İbrahimova

kanal_az

Tanınmış xanəndənin əri həbs olundu

kanal_az

Təranə Qumralın evindəki qızıl məcməyinin qiyməti şok etdi – VİDEO

kanal_az

“Banu”nun Güneli həyat yoldaşı ilə fotosunu yaydı – İlk dəfə – FOTO

kanal_az