GÜNDƏMŞOU

Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” – VİDEO

Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.

Kanal.az xəbər verir ki, pop ulduz məktəb illərini xatırlayaraq həmin dövrdə sevgi münasibətinin olmadığını etiraf edib.

Müğənni bildirib ki, yeniyetməlik vaxtı bir neçə oğlana rəğbət bəsləsə də, hissləri qarşılıqlı olmayıb. Onun sözlərinə görə, bəyəndiyi oğlanlar ona diqqət göstərməyiblər.

Sənətçi Xəyyam Nisanovla eyni məktəbdə təhsil aldıqlarını da xatırladıb:

“Sevgilim olmayıb. Məktəb vaxtı 2-3 oğlanı sevirdim, onlar da adam yerinə qoyub üzümə baxmırdılar. Xəyyam Nisanovla bir məktəbdə oxumuşuq. Deyir ki, arada dostlarımızla oturanda deyirlər ki, bu böyüdü, nə gözəl qız oldu. Məktəb vaxtı arxamızca düşürdü. Xəyyama da deyirdim ki, sinif yoldaşını sevirəm. Ancaq gənclik vaxtı fikir verən, gənclik sevgim olmayıb”.

Röya Ayxan qazandığı uğurların və tanınmağının sonrakı dövrə təsadüf etdiyini deyib: “Mən nə qazanmışamsa, tanınandan sonra olub”. (milli.az)

Oxşar xəbərlər

Heydər Əliyevin kapitan rütbəsi verdiyi Xalq artisti: Zaur Rzayev kim idi? – FOTO

kanal_az

Ramiz Mehdiyev harada dəfn olunacaq?

kanal_az

Xalq artisti Zaur Rzayev vəfat edib

kanal_az

Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yeni məbləğlər açıqlandı

kanal_az

Azərbaycanda toy yiyəsi müğənnini açıq geyiminə görə toydan qovub – VİDEO

kanal_az

2027-ci il nə ilidir? – Şərq təqvimi açıqlandı

kanal_az