GÜNDƏMŞOU

“Mən yoxamsa hamı televizorun satsın, nəyə lazımdır?” – VİDEO

Aparıcı Zaur Baxşəliyev TikTok-da canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırıb.

Kanal.Az xəbər verir ki, canlı yayımda ona ünvanlanan sualların əksəriyyəti aparıcının televiziya fəaliyyətinə qayıdışı ilə bağlı olub. Zaur efir fəaliyyətinin başa çatmadığını və yenidən davam edəcəyini bildirib.

İzləyicilərdən birinin “Şuşada niyə veriliş açmırsan?” sualı isə aparıcının maraqlı reaksiyasına səbəb olub.

Zaur Baxşəliyev belə cavab verib:

“Yaxşı edirsiniz, televizoru açmırsınız. Mən çıxana qədər televizoru açmayın, bağlı saxlayın. Hamı televizorunu dəyər-dəyməzinə satsın. Mən yoxamsa, nəyə lazımdır? Nə verilişlər etmişəmsə, bu gün təkrarlayırlar, yenidən efirə verirlər. Bir az formasını dəyişirlər, iki pərdə əlavə edib proqramın adını dəyişirlər, olur yeni veriliş. Yenilik lazımdır. Mənim verilişlərimin ömrü o qədər uzun olmayıb, özüm bezirəm elə olanda. Şuşada televiziyanı mən aça bilmərəm. Onu açıb mənə deməlidirlər ki, gəl, otur”./Milli.Az

Oxşar xəbərlər

Azərbaycanlı müğənni tanınmaz halda – VİDEO

kanal_az

“Artıq qadınları arxadan…” – Aparıcıdan qalmaqallı sözlər – VİDEO

kanal_az

Zeynəb Xanlarovadan aparıcı Zaura qadağa – “Bir də mənə…”

kanal_az

Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı – VİDEO

kanal_az

“Əri ola-ola gedib başqasının ərinin…” – Sərt sözlər – VİDEO

kanal_az

Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilmədilər – VİDEO

kanal_az