GÜNDƏMŞOU

Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı – (Video)

Yaxın günlərdə toy mərasimi baş tutan müğənni Pünhan Piriyev dəvət etdiyi, lakin məclisinə gəlməyən daha bir Xalq artistinin adını açıqlayıb.

Kanal.Az xəbər verir ki, sənətçi bu barədə danışarkən Xalq artisti Aygün Kazımovanı toyuna dəvət etdiyini bildirib.

Pünhan Piriyev qeyd edib ki, Aygün Kazımova toyun keçiriləcəyi məkanı öyrəndikdən sonra həmin ərazini tanımadığını və ora getmədiyini deyib:

“Dəvət etmək üçün Aygün Kazımovaya zəng vurdum. Toyun ünvanını soruşdu. Hacıqabul rayonunun Meyniman kəndində olduğunu dedim. Məkanı öyrənəndə dedi ki, ‘oranı tanımıram, biz ora getməmişik’. Mən də dedim, ‘heç nə, Allah köməyiniz olsun’. Onların sənətləri, ifa tərzləri ayrıdır, qınamıram gəlməməyinə görə. Aygün Kazımova bizim ürəyimizdir”.

Qeyd edək ki, Pünhan Piriyev bundan əvvəl Xalq artisti Alim Qasımovun da toyuna qonaq kimi gəlmək istəmədiyini açıqlamışdı. Müğənni Alim Qasımovun toyda iştirak üçün qonorar istədiyini bildirmişdi./Milli.Az

Oxşar xəbərlər

Azərbaycanlı müğənni tanınmaz halda – VİDEO

kanal_az

“Artıq qadınları arxadan…” – Aparıcıdan qalmaqallı sözlər – VİDEO

kanal_az

Zeynəb Xanlarovadan aparıcı Zaura qadağa – “Bir də mənə…”

kanal_az

Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı – VİDEO

kanal_az

“Əri ola-ola gedib başqasının ərinin…” – Sərt sözlər – VİDEO

kanal_az

Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilmədilər – VİDEO

kanal_az