ŞOU

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib.

Kanal.az xəbər verir ki, aktrisa bu barədə Nail Naiboğlunun “YouTube” kanalında yayımlanan müsahibəsində danışıb.

Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduqları dövrdə münasibətlərinin ictimailəşməsini istəməyib və bunu mümkün qədər gizli saxlamağa çalışıb.

Onun sözlərinə görə, sosial şəbəkədə heç bir paylaşım etməsə də, evdə çəkilmiş şəxsi fotolar qısa müddətdə yayılıb və bu günə qədər həmin görüntülərin necə ictimailəşdiyini bilmir.

Aktrisa ayrılıq səbəbi ilə bağlı da maraqlı fikir səsləndirib. O, bürclərinin uyğun gəlmədiyini deyərək, “Şir bürcü ilə Əkizlər heç vaxt tutmur”, sözlərini işlədib.

Ülviyyə Xəlilbəyli haqqında yayılan xəbərlərin böyük hissəsinin həqiqəti əks etdirmədiyini də vurğulayıb. O bildirib ki, emosional insan olduğu üçün bəyəndiyi statusları paylaşır, lakin bu paylaşımların xəbər mövzusuna çevriləcəyini düşünmür.

Aktrisa etiraf edib ki, bir müddətdən sonra özü də haqqında yazılan xəbərləri görməkdən yorulub. Bununla yanaşı, media nümayəndələrini qınamadığını da əlavə edib.

Keçmiş həyat yoldaşı Murad İsmayılla münasibətlərinə toxunan sənətçi bildirib ki, övladlarının xatirinə aralarında normal ünsiyyət davam edir.

“Biz dostuq. Uşaqlarım mənimlə qalır. İstədikləri zaman ataları ilə görüşə və birlikdə harasa gedə bilərlər”, – deyə Ülviyyə Xəlilbəyli qeyd edib.

Aktrisanın bu səmimi etirafları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Oxşar xəbərlər

Elnarə Abdullayevanın ailəsi ilə bağlı xoş xəbər: Xonçalar gündəm oldu – VİDEO

kanal_az

“Uşağımın atası Xalq artistinin keçmiş əridir” – Tanınmış müğənnidən şok açıqlama – VİDEO

kanal_az

“35 ildir mən və həyat yoldaşım…” – Brilliant Dadaşova baş verən biabırçılıqlardan danışdı

kanal_az

“Kişi kimi kişilərə həsrət qalmışam” – FOTO

kanal_az

Xalq artisti Zülfiyyə Xanbabayevanın həyat yoldaşı bu vəzifəli şəxs imiş – Görün kimdir – FOTO

kanal_az

“Banu”nun Güneli illər sonra üzə çıxdı – Paylaşımı ürək sızlatdı – VİDEO

kanal_az