ŞOU

“Ola bilər sənin üçün əzizdir, amma faktiki fahişədir” – Sərt sözlər – VİDEO

Aparıcı və aktyor Azər Axşam müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Kanal.az xəbər verir ki, sənətçi çıxışı zamanı cəmiyyətdə bəzi əxlaqsız xanımlara göstərilən münasibəti tənqid edərək iddialı açıqlamalar verib. O bildirib ki, bəzi insanlara həddindən artıq imtiyaz tanınır və onları tənqid etməyə belə çəkinirlər.

Azər Axşamın sözlərinə görə, bu vəziyyətin formalaşmasında kişilərin də rolu var. O qeyd edib ki, bəzi şəxslər layiq olmadıqları halda cəmiyyətdə üstün mövqeyə gətirilir və onlara xüsusi münasibət göstərilir.

Aktyor vurğulayıb ki, heç kim peşəsindən və ya statusundan asılı olmayaraq, layiqli insanlardan üstün tutulmamalıdır. Onun fikrincə, yaradılan bu imtiyazlar bəzi şəxslərdə özlərini həddindən artıq dəyərli hesab etmələrinə səbəb olur:

“Dünyada ən hörmət edilən insanlar fahişələrdir. Bu statusu ona görə yazmışdım ki, çünki bütün dünyada və bütün sahələrdə üstünlük onlardadır. Onlara söz deməyə, tənqid etməyə çəkinirlər. Həmin adamları narazı salmaqdan qorxurlar ki, gedib dayısına deyər, o da mənə od qoyar. Təəssüflər olsun ki, o dəyəri verən biz kişilərik. Biz artıq yerimizi itirmişik. Rəfdə nəyi hara qoyacağımızı bilmirik. Ola bilər sənin üçün əzizdir, amma faktiki fahişədir. Onu gətirib layiqli insanlardan üstün təbəqəyə qoymaq olmaz. O imtiyazlar verilən adam hansı sahədə olsa da, elə bilir ki, həqiqətən də sənətkardır, ondan böyük istedad yoxdur”.

Azər Axşamın sərt fikirləri qısa zamanda sosial şəbəkələrdə yayılıb. İzləyicilər arasında onun mövqeyini dəstəkləyənlərlə yanaşı, səsləndirdiyi ifadələri tənqid edənlər də olub. (milli.az)

Oxşar xəbərlər

“Əri ola-ola gedib başqasının ərinin…” – Sərt sözlər – VİDEO

kanal_az

Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi – VİDEO

kanal_az

Zeynəb Xanlarova övladları ilə – FOTO

kanal_az

Xəyalənin 14 yaşlı qızı – FOTO

kanal_az

“Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar” – Aparıcı Şəbnəm

kanal_az

“Ərim mənimlə eyni yatağı paylaşmır” – Psixoloqdan qalmaqallı açıqlama

kanal_az