8 iyun saat 8:00-a olan məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsindən 1878-də səsvermənin nəticələrini hesablayıb.
Kanal.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd olunub.
İlkin məlumatlarına görə, əsas rəqabət aparan siyasi qüvvələr aşağıdakı sayda səs toplayıblar:
Vətəndaş Müqaviləsi – 50.25% (669.996);
Güclü Ermənistan Bloku – 23.31% (310,752);
Ermənistan Bloku – 9.78% (130.364);
Çiçəklənən Ermənistan Partiyası – 4.02% (53,535).
Qeyd edək ki, qalan partiyalar hələ 4%-lik həddi aşmayıblar.
