ÖLKƏ

Şok görüntülər: Azərbaycanda timsahlar var? – VİDEO

Sosial şəbəkələrdə Baş Şirvan kollektorunda timsahların üzməsini əks etdirən videolar yayılıb. Lakin ərazidə aparılan araşdırmalar zamanı məlum olub ki, həmin görüntülər həqiqəti əks etdirmir və tamamilə saxtadır.

Kanal.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Çəkiliş qrupu sözügedən ərazidə balıq tutan şəxslərlə həmsöhbət olub. Sakinlər və balıqçılar da internetdə yayılan həmin videolara baxdıqlarını, lakin görüntülərin yalan olduğunu qeyd ediblər. İllərdir həmin ərazidə balıq ovu ilə məşğul olan sakinlərdən biri vəziyyəti belə şərh edib:

“İllərdir biz bu Şirvan kanalında balıq ovlayırıq, buraları gəzirik. Demək olar ki, Azərbaycanın bütün su hövzələrinə bələdik. Yayılan görüntülər tamamilə yalan məlumatlardır. Azərbaycanda, bu iqlimdə timsahın olması qeyri-mümkündür. Sosial şəbəkələrdə paylaşılan o çəkilişlər, böyük ehtimalla, süni intellektlə hazırlanıb və ya başqa ölkələrə məxsusdur. Heç bir inandırıcılığı yoxdur”.

Digər bir balıqçı isə ölkədəki Aşağı və Yuxarı Şirvan kanallarını yaxşı tanıdıqlarını, oralarda heç vaxt belə bir canlıya rast gəlinmədiyini vurğulayıb:

“Bu çəkilişi görəndən sonra Yevlax, Kürdəmir, Ağsu və Oğuzun Xalxal ərazisində olan tanış balıqçılarla da görüntüləri paylaşdıq. Hər kəs bilir ki, bu, uydurma informasiyadır. Şirvan kanalında timsah ola bilməz”.

Oxşar xəbərlər

Nəsrin Cavadzadə hicab məsələsi ilə bağlı mövqeyini bəyan etdi – FOTO

kanal_az

“Qəbul olunan qərarda “hicab” sözü yoxdur”- Şeyx

kanal_az

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilibmiş – Deputat açıqladı

kanal_az

Əməkdar artist oğlunun videosuna yazdığı şərhlə hər kəsi güldürdü – FOTO

kanal_az

11 gün iş olmayacaq – Tarixlər açıqlandı

Terlan

Xalq artistinin bu görüntüləri qınandı – VİDEO

kanal_az