ÖLKƏ

Gülüstan Əliyevadan deputata etiraz: “Qadının ən birinci vəzifəsi arvad olmaqdır…”

“Qadının ən birinci vəzifəsi arvad olmaqdır. Hər qadın getdiyi evdə, ocaqda arvad ola bilmir. İndiki “intelligent”lər guya “arvad” sözünü bəyənmirlər, çox şərəfli, layiqli sözdür. Ər evində arvad ola bilənə “arvad” deyirlər. Bu, leksikonumuzda çox gözəl bir ifadədir. “Arvad” sözünü düzgün, yerində işlətmirlərsə, bu, işlədə bilməyənlərin günahıdır”.

Kanal.az xəbər verir ki, bu sözləri Pravda.az-a Əməkdar artist Gülüstan Əliyeva Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun “arvad” sözünü leksikondan çıxarmaq barədə təklifinə münasibət bildirərkən deyib.

G.Əliyeva vurğulayıb ki, Azərbaycan dilində, Azərbaycan ailəsində “arvad” çox hörmətli və dəyərli şəxsdir: “Ailənin başında duran, onu idarə edən, yəni arvad ola bilən. Bu söz “avand” sözündəndir, yəni evi avand, abad, evi ev, kişini ər edən, uşaqlarına analıq edən… Buna görə də “arvad” sözü çox urvatlı sözdür. Başa düşməyənlər hərəsi bir don geyindirir, amma belə deyil. Leksikonumuzda da həmişə olmalı, ola biləcək bir sözdür”.

Oxşar xəbərlər

Rafael Ağayevə ağır itki

kanal_az

Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

kanal_az

Azərbaycanda 63 yaşlı qadın ana oldu – VİDEO

kanal_az

“Əhvalım çox pisdir” – 85 yaşını qeyd edən Ofeliya Sənani

kanal_az

Bağlanan verilişlər yeni mövsümdən qayıdır? – RƏSMİ

kanal_az

Rəşad Dağlı həmin cinayətdən danışdı: “Dedi ki, guya seksual azlıqsan”

kanal_az