ŞOU

“Doğuşu sənə belə vermişdik, nə etmisən?” – Seda Sayandan Xoşqədəmə

Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı müğənni Doğuş Seda Sayanın proqramında qonaq olub.

Kanal.azxəbər verir ki, Doğuş proqramda Xoşqədəmlə necə tanış olmasından söz açıb:

“Mən addım atmadım, birbaşa ona doğru qaçdım. İlk dəfə diqqətimi o qədər də çəkmədi. Gözəl qadın idi. Amma bizdə də gözəllər var. Ondan bir gün sonra kimsəsiz, əlilliyi olan uşaqlarla görüşə getdik. Onlara şəfqətlə yaxınlaşması, öpməsi, iyrənməməsi marağımı cəlb etdi. Bu hissi ancaq mən anlaya bilərəm. Elə bil ki, həmin an qanadları çıxdı, nəsə baş verdi”.

Proqram əsnasında Seda Sayan Doğuşa saçlarının niyə ağ olmasını irad bildirərək:

“Xoşqədəm, biz bu oğlanı sənə belə vermişdik, nə etmisən?” deyə, zarafat edib. Cütlük cavabında təbii saç rəngini daha çox sevdiklərini və Doğuşa bu rəngin yaraşdığını bildirib. (axşam.az)

Oxşar xəbərlər

Azərbaycanlı müğənni tanınmaz halda – VİDEO

kanal_az

“Artıq qadınları arxadan…” – Aparıcıdan qalmaqallı sözlər – VİDEO

kanal_az

Zeynəb Xanlarovadan aparıcı Zaura qadağa – “Bir də mənə…”

kanal_az

Təranə-Musa cütlüyünün evi müzakirə yaratdı – VİDEO

kanal_az

“Əri ola-ola gedib başqasının ərinin…” – Sərt sözlər – VİDEO

kanal_az

Toyda Əməkdar artist ilə aparıcı Zaur arasında dava – Müğənnini sakitləşdirə bilmədilər – VİDEO

kanal_az