ŞOU

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…” – Şok

“Bizim bəzi müğənnilərimiz düşük, təlxək, yaltaq, yüngüldürlər, 5 manat artıq pul versinlər, görün nə hoqqadan çıxırlar”.

Kanal.az xəbər verir ki, bu fikirləri bəzi sənətçi həmkarlarının yolverilməz davranışlarından danışan opera müğənnisi Ülvi Qılınc Yenicag.az-a açıqlamasında deyib.

O, səsləndirdiyi qalmaqallı fikirləri ilə şou-biznes aləmində sükutu pozub:

“Bizim bəzi müğənnilər düşük, təlxək, yaltaq, yüngüldürlər, 5 manat artıq pul versinlər, görün nə hoqqadan çıxırlar. Onları stolun üstünə çıxarıb rəqs etdirirlər, stolun altında oynadırlar. Özüm dəfələrlə bunun şahidi olmuşam.

Xalq artistləri olub ki, dalına bir təpik vurublar. Bir bağ var idi, bütün müğənniləri o bağa yığıb, istədikləri kimi oynadıblar, hətta yerə uzadıblar. Deyiblər, “müəllim” belə istəyir. Aralarında Xalq artistləri də olub.

Təəssüf ki, bu gün sənət aləmini o biri aləmlə – Amsterdamın bir küçəsi var e, ora ilə qarışdırıblar. Ona görə də bu müğənnilərin hörməti olmur. Nə qədər ki həqiqi sənətkarlar ortaya çıxmayacaq, müğənnilərə də hörmətlə yanaşmayacaqlar”.

Oxşar xəbərlər

Ölüm xəbəri yayılan “Banu Günel”in son halı – FOTO

kanal_az

Kəmalə Günəşlinin əsl yaşı görün neçə imiş – Təəccüblənəcəksiniz – VİDEO

kanal_az

Roza bu müğənni ilə sevgili imiş: “Təklif etdim ki, ər-arvad kimi…” – FOTO

kanal_az

Qocalığa meydan oxuyan 89 yaşlı Zeynəb Xanlarovanın yeni görüntüsü – FOTO

kanal_az

Dilarə Əliyevaya yeni vəzifə verildi

kanal_az

Elnarə Abdullayevanın ailəsi ilə bağlı xoş xəbər: Xonçalar gündəm oldu – VİDEO

kanal_az