ÖLKƏ

Rasim Balayevi o əvəz etdi – FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini hazırda Xalq artisti Şəfiqə Məmmədova icra edir.Kanal.az xəbər verir ki, bunu Report-a açıqlamasında ittifaqın katibi Baba Vəziroğlu deyib.

“Şəfiqə Məmmədova ittifaqın birinci katibidir. Bu mənada, hazırda sədr vəzifəsinin səlahiyyətlərini o icra edir. Düşünürəm ki, qurultay üçün tələsməyə ehtiyac yoxdur”.

Baba Vəziroğlu ittifaqda sədr seçkisi ilə bağlı qurultayın çağırılmasının uzun zaman çəkə biləcəyini də istisna etməyib:

“Ola bilsin, qurultayın çağırılması bir neçə ay, hətta bir il çəksin. Bunu demək həm çətindir, həm də tezdir. Bilirsiniz ki, ittifaqda bu kimi məsələlər katiblik səviyyəsində müzakirə olunur. Katiblik toplanacaq, həm cari, həm də perspektiv məsələlər müzakirə olunacaq. Amma faktiki olaraq, ittifaqa Şəfiqə Məmmədova rəhbərlik edir”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib.

Xalq artisti Fəxri xiyabanda dəfn olunub. (metbuat.az)

Oxşar xəbərlər

“Tarqovu”da bu görüntülər müzakirələrə səbəb oldu – VİDEO

kanal_az

Qəbrinə yazılmış söz aranı qatdı – Nəhayət, gerçək bilindi

kanal_az

Parisdə uşaqları əlllərindən alınan ailədən xoş xəbər – FOTO

kanal_az

Akif İslamzadə ilə bağlı üzücü xəbər – Oğlu açıqladı

kanal_az

May ayında pensiyalar bu tarixdə ödəniləcək

kanal_az

Rəşad Dağlı azadlığa buraxılıb? – Açıqlama – VİDEO

kanal_az