9 yaşlı oğlunu öldürən düşmən tankını tapıb qisas alan qəhrəman şəhid Baloğlan Suleymanov - VİDEO
Azerforum bildirir ki, Baloğlan 1992-ci ilin yanvar ayından könüllü olaraq milli orduya yazılıb. Əvvəlcə tank komandiri, sonra isə kəşfiyyat qrupunun bölük komandiri vəzifəsini icra edib.
Zəngilanı qorumaq üçün silaha sarılan Baloğlan Süleymanovun ailəsi ilk itkini 1992-ci ilin avqustunda verib. Avqust ayının 21-də Baloğlan Süleymanovun 9 yaşlı oğlu Sadiq Süleymanov erməni tankından açılan mərmi ilə faciəli şəkildə həlak olub. Bunu eşidən Baloğlan oğlunu öldürən həmin erməni tankını tapıb, heyətini məhv edərək tankı alıb oğlunun qəbri üstünə gedib.
Ruhu şad olsun!
- Ölkə
- 24 May 2024