64d6fbce93966202308232606

78 il bomba üzərində yaşayıblar: 14 min insan təxliyə edilir

Polşanın şərqindəki Lyublin şəhərində İkinci Dünya Müharibəsindən qalma partlamamış bombanın tapılmasından sonra təxminən 14 min insana təxliyə xəbərdarlığı göndərilib.

Kanal.az  Polşa mətbuatına istinadən xəbər verir ki, bu gün başlayan təxliyə əməliyyatı səhər saat 11:30-da başa çatacaq. Təxliyə edilənləri şəhərdəki stadiona aparmaq üçün avtobuslar ayrılıb. Bundan başqa, bu gün bğölgədə uşaq bağçaları da bağlanıb.

Əlillər və qayğıya ehtiyacı olan insanlar üçün xüsusi tədbirlər görülüb. Meriya şəhərin bombadan təsirlənə biləcək hissəsinin saat 11:30-dan etibarən bağlanacağını və ictimai nəqliyyatın digər məntəqələrə istiqamətləndiriləcəyini açıqlayıb. Bombanın məhv edilməsi və çıxarılmasının sabah günorta saatlarına qədər başa çatdırılması gözlənilir.

Gundem.az