63c523e4a22ab202301231604

73 yaşlı qadından xəstəxanada dəhşətli əməl - Bunu edəcəyini heç kim gözləmirdi / FOTO

Almaniyada 73 yaşlı qadının əməli ölkədə rezonans doğurub.

Kanal.az xəbər verir ki, xəstəxanada koronavirus müalicəsi alan Hatun adlı qadın otaq yoldaşının nəfəs aldığı borunu bağlayaraq onun ölməsinə səbəb olub. Qadının oğlu isə iddia edib ki, anası 79 yaşlı xəstəni öldürmək niyyətində olmayıb. O, hadisə zamanı özündə olmayıb. Xəstəxana nümayəndələrinin sözlərinə görə, qadın yatarkən aparatın səsindən narahat olduğu üçün onu söndürüb. Qadının oğlu da anasının səsdən narahat olduğu üçün aparatı söndürdüyünü təsdiq edib. Ana otaq yoldaşı 79 yaşlı qadının ölümünə səbəb olduğu üçün məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, onların hər ikisi türkdür.