660c484f5f56a202404240255

59 yaşlı kişi "Viagra" əvəzinə diri kərtənkələ yeyir

Tailand sakini iktidarsızlığın qarşısını almaq üçün diri kərtənkələ yeməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.

Çantaburi əyalətindən olan 59 yaşlı Sommai adlı kişinin ailəsi onun cinsi həyatını yaxşılaşdırmaq üçün canlı kərtənkələ yeməyi seçdiyini öyrəndikdən sonra media ilə əlaqə saxlayıb. Martın 21-də Sommai jurnalistlərin qarşısına çıxıb və qohumlarının dediklərinin doğruluğunu divar boyunca sürünən kərtənkələni tutaraq onu dərhal yeyərək sübut edib.

Sonrakı müsahibə zamanı Sommai uşaq ikən nənə və babasının kərtənkələ yediyini açıqlayıb. Onlardan o, bu heyvanların "Viagra"nı əvəz edə biləcəyini öyrənib. Sommai, həmçinin kərtənkələ yedikdən sonra ereksiyanın yaxşılaşdığını qeyd edib.

Kişinin sözlərinə görə, kərtənkələ yemək təhlükəsizdir, çünki onlar yalnız kiçik həşəratlarla qidalanırlar. Kənd yerlərində yaşayan sürünənləri isə daha təmiz hesab etmək olar. Buna baxmayaraq, Sommai yenə də yeməkdən əvvəl kərtənkələləri kranın altında yumağı tövsiyə edib.