Hatayda 261 saat sonra dağıntılar altından çıxan 34 yaşlı Mustafa Avcının ilk istəyi ailə üzvləri ilə danışmaq olub.
Kanal.az xəbər verir ki, o həkimlərin köməyi ilə qohumları ilə telefonda danışıb. O, qohumundan "Hamı sağ qaldı? Nazlı necədir? Bir az səslərini eşidə bilərəm?” deyə soruşub. Qohumu isə hər şeyin qaydasında olduğunu ifadə edib.