20 yaşlı Leyla və 8 aylıq körpəsinin ölümü ilə bağlı yeni faktlar - VİDEO
Ötən ay həyat yoldaşı Fərid Hüseynli tərəfindən öldürülən BDU tələbəsi, 20 yaşlı Leylanın və 8 aylıq körpəsinin qətli ilə bağlı yeni faktlar ortaya çıxıb.
Kanal.az xəbər verir ki, bununla bağlı Leylanın babası Məhəmməd İbadov “AStar” layihəsinə açıqlaması zamanı danışıb. O, cinayət baş verən günü hadisə yerinə Leylanın anasından əvvəl qayınanasının gəldiyini və onun sadəcə özünə çoxsaylı bıçaq zərbələri yetirən oğlunu xəstəxanaya apardığını deyib.
Leyla ilə 8 aylıq körpəsi isə evdə döşəmədə uzanıqlı vəziyyətə qalıblar. Bu səbəbdən də Leylanın babası bu cinayətin əvvəldən təşkil edildiyini iddia edir. Əvvəl Fəridin 8 aylıq körpəsini bilməyərəkdən yaraladığı və ona iki bıçaq zərbəsi vurduğu deyilsə də, Leylanın atası Əlişan İbadov bunu təkzib edib.
O, balaca Aylaya bıçaqla 7 zərbə endirildiyini və onun qəsdən öldürüldüyünü deyib. Leylanın atası Fəridin uşağı yatdığı döşəyin üzərində bıçaqladığını iddia edib. Fəridin atası Firdovsi Hüseynli isə qətllə bağlı heç bir məlumatı olmadığını, o gündən sonra oğlu ilə görüşə bilmədiyini deyib.
Xatırladaq ki, hadisə iyunun 20-də Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.
- Ölkə
- 25 İyul 2023