6600829c49b22202403244428

150 keçisi oğurlandıqdan sonra 17 ildir dağda yaşayır - FOTO

Kanal.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2007-ci ildə Mehmetin 150 keçisini oğurlayıblar.
Bütün pulunu bu keçilərə xərcləyən qoca kişi bu hadisədən sonra insanlardan küsüb və dağda yaşamağa başlayıb.

O orada özünə kiçik koma düzəldib.

Həftədə iki dəfə şəhərə özünə ərzaq almağa gedir

Kənd camaatı Mehmetə nəzarət edir onunla maraqlanır, tez-tez ziyarət edirlər. Mehmet Çabuka yenidən yaşadığı yerdə qalmağı təklif ediblər.

Lakin o ömrünün son illərini artıq dağda yaşayacağını bildirib.