12 Ukrayna əsgəri yaralandı, 2-si öldü - Donbasda son durum
Rəsmi Moskvanın Donbasdakı separatçı rejimlərin müstəqilliyini tanınmasından sonra Luqanski və Donetski “respublikalarının” ərazilərinə ordu yeridilməsi həyata keçirilib.
Kanal.az Ukrayna tərəfinin son məlumatına istinadən bildirir ki, son sutka ərzində Ukrayna ordusunun 12 hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb və tibb müəssisələrinə yerləşdirilib.
Ukraynanın Donbasda birləşmiş qüvvələr komandanlığı bildirib ki, atışmalar nəticəsində iki ukraynalı əsgər vəfat edib.
“Ötən sutka ərzində, fevralın 21-də Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən 84 qanun pozuntusu qeydə alınıb, onlardan 64-ü Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardan istifadə ilə bağlı olub”,- Ukrayna tərəfi açıqlayıb.
- Dünya
- 22 Fevral 2022