107 saat sonra dağıntılar altından çıxan qızın sözləri hamını duyğulandırdı - FOTOLAR

  • Dünya
  • 10 Fevral 2023
63e63eed47721202302235613
  • Oxunub: 1269

Türkiyənin Hatay vilayətində dağıntılar altından daha bir nəfər sağ xilas edilib.

Kanal.az xəbər verir ki, Sude adlı qız dağıntılar altından 107 saat sonra xilas edilib. Sude dağıntılar altından çıxan kimi onu gözləyən anasına səslənərək, “Ana mən burdayam” deyib. Məlumata görə, qızın səhhəti normaldır.

Qeyd edək ki, Sude ilə yanaşı dağıntılar altından daha bir nəfər çıxarılıb. Sudenin xilas edildiyi binanın dağıntıları altından 102 saat sonra daha 6 nəfər xilas edilmişdi.

Oxşar xəbərlər