63f5f8e4bd9ea202302231340

10 yaşlı qızın acı hekayəsi: Ata və ana qızları ölməsin deyə özlərini fəda edibmiş - VİDEO

Kahramanmaraşda baş verən zəlzələlər zamanı Adıyamanda baş verən dağıntılar altından 30 saat sonra çıxarılan 10 yaşlı qızın necə sağ qaldığı məlum olub.

Kanal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ zamanı atası və anası Eylülün üzərində dayanaraq dağıntıların onu əzməsinə mane olub. Nəticədə ata və ana həyatını itirb. 10 yaşlı qız isə sağ qalıb.