Zeynəb Xanlarovanın adından dələduzluq edildi - FOTO

  • Gündəm
  • 30 May 2025
6838a4c58c200202505251741

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

Kanal.az xəbər verir ki, bu barədə Z.Xanlarovanın "instagram" hesabında məlumat verilib.

"Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!", - deyə paylaşımda bildirilib.

/news24.az

Oxşar xəbərlər