
Zelenskinin bu hərəkəti qəbuledilməzdir - Almaniyadan SƏRT ETİRAZ
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Ukrayna ziyarətinin rədd edilməsi böyük hadisədir.
Kanal.az xəbər verir ki, bu sözləri Almanya kansleri Olaf Şolts "ZDF" kanalına müsahibəsində deyib.
"Ukraynaya bu cür hərbi və maliyyə yardımı göstərən, gələcəkdə lazımi təhlükəsizlik zəmanətlərinə ehtiyac duyulacaq Almaniya kimi bir ölkəyə Zelenskinin "Gələ bilməz!" deməyi qəbuledilməzdir. Almaniyanın göstərdiyi yardım sayəsində Ukrayna ordusu uzun müddət Rusiya hücumlarına qarşı müqavimət göstərə bildi", - Şolts bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya Prezidenti Ştaynmayeri Kiyevdə görmək istəmədiyini deyib.
- Dünya
- 03 May 2022