![62f0d40153ea7202208221441](/uploads/image/min/2022-08/62f0d40153ea7202208221441.jpg)
Zelenskidən Rusiyaya ULTİMATUM: "Bunu etsəniz, heç bir danışıq olmayacaq"
Zelenski Rusiyaya ultimatum göndərib.
Kanal.az xəbər verir ki, avqustun 7-də Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam müraciəti edib. Prezident müraciətində faktiki olaraq Rusiyaya ultimatum verib.
O bildirib ki, Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil və əgər Rusiya qondarma “referendum”un köməyi ilə cənubda müvəqqəti işğal olunmuş rayonları ilhaq etməyə cəhd etsə, o zaman ölkəmizlə danışıq söhbəti bağlanacaq.
“İşğalçıların zəbt etdikləri dövlətimizin cənubundakı ərazilərdə psevdoreferendumlara hazırlaşdıqları barədə xəbərlər getdikcə artır. Çox sadə bir şeyi demək istəyirəm: işğalçılara bu niyyətini hansısa yolla həyata keçirməyə kömək edəcək hər kəs cavab verəcək. Onlar Ukrayna qarşısında cavab verəcəklər”, – deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, dövlətin bu məsələdə mövqeyi dəyişməyib. Əgər Rusiya qondarma “referendum” keçirmək qərarına gəlsə, o zaman Ukrayna ilə danışıqlar şansını bağlayır.
“Biz heç bir torpağımızdan imtina etməyəcəyik və əgər işğalçılar bu psevdoreferendumları keçirsələr, o zaman Ukrayna artıq onlarla heç bir danışıq aparmayacaq”, – deyə Zelenski əlavə edib.
- Dünya
- 08 Avqust 2022