63358fe9990ad202209223033

Zelenski müharibədə göstərdikləri şücaətə görə iki azərbaycanlını təltif etdi

Prezident Vladimir Zelenski müharibədə şücaət göstərən yüzlərlə hərbçini təltif edib.

Kanal.az xəbər verir ki, Zelenski bununla bağlı sərəncam imzalayıb və hərbçilərə video formatda müraciət edib. Məlumata görə, təltif edilənlər arasında Milli Qvardiyanın 71 əsgəri, Fövqəladə Hallar Xidmətinin 21 əməkdaşı və 52 sərhədçi var. Həmçinin Xarkovda göstərdikləri qəhrəmanlığa görə 320 hərbçi təltif edilib.

Təltif edilənlər arasında iki azərbaycanlı da var. Onlar kiçik çavuş Azad Sultan oğlu Cəlalov 3-cu dərəcəli "İgidliyə görə" ordeni ilə təltif olunub. Kiçik çavuş Vitali Maşallah oğlu Əmirşahov isə "Ukraynaya hərbi xidmət" medalı alıb.