632c13ed7fe7e202209225109

Zelenski Ərdoğana təşəkkür etdi - Ölümə məhkum edilmiş hərbçiləri rusların əlindən xilas etdi

​Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin vasitəçiliyi ilə Rusiya arasında baş tutan əsir mübadiləsinə görə, Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. 

Kanal.az xəbər verir ki, Zelenski əsirlikdən azad edilmiş Azov batalyonunun komandanları ilə onlayn görüş keçirib. O, əsirlər arasında ölüm hökmünə məhkum edilənlərin də olduğunu xatırladaraq, vasitəliçik missiyasına görə Ərdoğana təşəkkür edib. Zelenski bildirib ki, Azov batalyonunun 5 komandanı təhlükəsizlik səbəbilə Türkiyədə saxlanılacaq. Zelenski 215 əsir qarşılığında Moskvaya 55 rus hərbçinin verildiyini ifadə edib.