
Zaxarovadan ŞOK İsrail iddiası: "Bunu özüm görmüşəm"
“Ukraynada “Azov” alayının bölmələri ilə yanaşı, İsraildən olan muzdlular da döyüşür”.
Kanal.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bir şeyi deyim ki, İsraildə indi informasiya kampaniyasını şişirdən siyasətçilər çətin ki, bunu eşitmək istəsinlər. Ola bilsin ki, bununla maraqlanacaqlar. Ukraynada israilli muzdlular “Azov” yaraqlıları ilə çiyin-çiyinədir”, - Zaxarova bildirib.
Onun iddiasına görə, İsrail bundan xəbərsiz ola bilməz: “Videonu, fakturanı, materialları görmüşəm”.
- Dünya
- 04 May 2022