Zaura aparıcı deməyə dilim gəlmir, efirdə qaqqıldayır, şit hərəkətlər edir

  • Ölkə
  • 12 Yanvar 2023
63c02c55ba2f1202301235045
  • Oxunub: 2603

"Azad Azərbaycan televiziyasının aparıcısı Zaur Baxşəliyevin  "Bizimləsən" verilişində operatora əsəbiləşməsi, onu tamaşaçıların gözündən salacaq dərəcədə "yol göstərməsi", haqlı tənqid olunur. Doğrudur, aparıcı efiri necə görməsi barədə operatorla fikirlərini bölüşə bilər, lakin bu təklikdə, tamaşaçılara özünü göstərmək, "mən səndən daha çox bilirəm" şəklində olmamalıdır”.

Bu sözləri Yenisabah.az-a yazıçı, publisist Xeyrəddin Qoca deyib. Zaur Baxşəliyevin canlı efirdə operatora qəzəblənməsi barədə danışan yazıçı ona aparıcı deməyə dili gəlmədiyini bildirib:

“Hər şeydən əvvəl, mənim Zaura "aparıcı" deməyə dilim gəlmir. Kanal rəhbəri olsam, heç zaman ona aparıcılıq işini tapşırmaram! Şit hərəkətlər edir, boğazdan yuxarı, veriliş xatirinə, efiri doldurmaq xatirinə danışır. Veriliş boyu guya gülür, yüksəkdən qaqqıldayır! Verilişlərinin qayəsi məlum deyil, gah musiqi verilişləri aparır, "istedadları ortaya çıxarır", gah qadınları, kişiləri evləndirib, "xoşbəxt" etməyə can atır, hətta  tapşırıq verir ki, küçədə-bacada bir-birini sevdiklərini bir-birinə deməsinlər ( burada bir məntiq görürsünüz?), gəlib sevgilərini verilişlərdə bildirsinlər, sonra ciddi-cəhdlə  65-70 yaşlı insanları bir-birinə "yaraşdırır".  

Ekrana gah  saqqalla çıxır, gah da saqqalını təraş etdirir. Sonsuz dərəcədə məntiqsiz, mənasız danışır. Məsələləri uzadır ki, efir vaxtı dolsun. Ona elə gəlir ki, maraqlı, tamaşaçıları intizarda saxlayan formalar tapır. Televiziya verilişlərini istədiyi kimi uşaq oyuncağına döndərir”.

Yazıçı iddia edib ki, Z.Baxşəliyev efirdə bu tip hərəkətləri sponsor cəlb etmək, pul qazanmaq üçün edir:

“Onun özünü belə sərbəst aparmasının səbəbləri bizə məlumdur. Verilişləri ilə kanala reklamlar cəlb edir, bu da çoxlu pul deməkdir! Onun-bunun üzünə gülə-gülə guya hörmət "qazanır", bu da onun üçün  "yaşayış" deməkdir. Xəstə uşaqların müalicəsi üçün ekran vasitəsi ilə külli miqdarda pul- para toplayır, axırda da xəstə ölür, həmin pulların taleyi özündən başqa heç kimə məlum  olmur! Elə bilirsiniz, verilişlərə dəvət etdiyi həkimləri havayı reklam edir? Həm onlardan istifadə edir, həm də onlara "təhkim etdiyi" xəstə yaxınlarının "sağ ol" unu qazanır. Bütün bunlara görə televiziya rəhbərliyi üçün Zaur Baxşəliyev ən yaxşı, aparıcıdır.

İnsanda, aparıcıda hər şeydən əvvəl, alicənablıq, mədəniyyət olmalıdır.  Siz Zaur Baxşəliyevdə bu xüsusiyyətləri görürsünüz? Belə istedadsız adamlar hərəsi bir televiziyanı məngirləyib, baş dolandırırlar, başdakıları da dolandırırlar. Həmin bu Zaurun qaqqıltısı gecə yatanda da adamların yuxusuna girir”.

X.Qoca yerli sosial verilişlərə bir neçə dəqiqədən artıq baxmağa səbrinin çatmadığını qeyd edib:

“Azərbaycanlılarsayağı deyə bilərsiniz ki, "xoşun gəlmir, baxma onun verilişlərinə". Sizcə, onun uzun-uzadı verilişlərinə baxmağa adamın səbri çatar? Mən həmin verilişlərə baxmağa başlayandan bir neçə dəqiqə sonra başqa kanallara keçirəm. Ona görə də gördüyüm nöqsanların hamısı haqqında ətraflı yaza bilmirəm. Sadaladıqlarım bunun yüzdə biridir.

Təkcə  "aparıcı" Zaur Baxşəliyevmi özünü belə aparır? O biri televiziyaların aparıcılarına dözmək mümkündürmü? Bu başqa bir mövzudur. Üç-dörd verilişə axıra kimi, diqqətlə baxsanız, nələr baş verdiyini görərsiniz.

Türk kanallarında da sosial verilişlər var. Onlara da bizimkilərə baxın, özünüz nəticə çıxarın...”

Oxşar xəbərlər