1Xbet
1Xbet
Zakir Həsənov yeni hərbi hissədə PUA-ları idarəetmə məntəqəsinə baxış keçirib
Cəmiyyət, Ölkə
18.03.2021 18:16
478

Zakir Həsənov yeni hərbi hissədə PUA-ları idarəetmə məntəqəsinə baxış keçirib

Loading...

Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib. 

Açılışda iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib. Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasını təmin edəcək.

Müdafiə naziri hərbi aviasiyanın imkanlarının daha da artırılması ilə əlaqədar komandanlığa müvafiq tapşırıqlar verib.


zakir həsənov
hərbi hissə
pualar
müdafiə nazirliyi
Loading...
close
close