62a1c2acc7d7e_zabit-maduro

Zabit Səmədov Venesuela prezidenti ilə görüşdü - FOTO

Məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədov Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə bir araya gəlib.

Kanal.az xəbər verir ki, Zabit Səmədov İnstaqramda Prezident Nikolas Maduro ilə fotosunu paylaşıb.

"Sizi görməyimə şad oldum, cənab prezident", - deyə qeyd edib.

Qeyd edək ki, Prezident Nikolas Maduro Türkiyənin ATV kanalında yayımlanan "Quruluş Osman" serialının çəkiliş qrupunu Venesuelaya dəvət edib. Zabit Səmədov serialda Gəncəbəy obrazını canlandırır.