63371a658f035202209223341

Yunanıstan televiziyasında ŞOK ÇIXIŞ - "Türklər həmişə bizdən güclü olublar"

Yunanıstanın yerli “BlueSky” televiziyasının spikeri İoannis Theodoratos yunanları qəzəbləndirən açıqlamalar verib.

Kanal.az xəbər verir ki, Türkiyə-Yunanıstan münasibətlərindən danışan spiker, Afinanın siyasətini tənqid edib. O bildirib ki, Yunanıstan bundan əvvəl tarixdə yaşanılan hadisələrdən dərs alaraq ehtiyatlı olmalıdır:

“Osmanlıların tariximizin müxtəlif səhifələrinə hücum edərək əhval-ruhiyyəmizi pozmaq üçün tarixdən necə istifadə etdiyini xatırlayın. Türklər təsadüfən həmlə etməz. Türk həmlə etməzdən əvvəl uğurlu olacağına 100 faiz əmin olmalıdır. Biz də planın bizim lehimizə nəticə verəcəyindən 100 faiz əmin olmalıyıq. Güc balansı barədə tez-tez eşitdiyim bir şey var. O da, onların ordusunun bizdən güclü olduğudur. Amma onlar onsuzda həmişə bizdən güclü olublar”.