665c7432946a1202406243130

Yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ

Duman səbəbindən magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.


Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.


İyunun 3-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.