Yeniyetmələr Birləşib Qızı Belə ZORLADILAR -  +18 VİDEO
Kanal.az TV
26.02.2021 16:44
8853

Yeniyetmələr Birləşib Qızı Belə ZORLADILAR - +18 VİDEO

Loading...

Sputnik.az xəbər verir. Bakının Sabunçu rayonunda qrup halında zorlama hadisəsi qeydə alınıb. Bu barədə Sputnik-ə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

42-ci polis şöbəsinə Maştağa qəsəbəsinin 24 yaşlı sakini V.A. (istintaq marağı və etik səbəblərdən adı yazmırıq) müraciət edib. Qız bildirib ki, 19 sentyabr saat 18.00-da öz evində iki cavan adam tərəfindən zorlanıb. Onlardan birinin adının Səbuhi olduğunu bilir.

Rayon polisinin 42-ci şöbəsinin əməliyyatçıları tərəfindən aparılan operativ-axtarış tədbirləri nəticəsində dünən gecə Maştağa qəsəbəsinin həddi-buluğa çatmamış sakinləri — 2000-ci il təvəllüdlü Xəyyam Ağayev və 2001-ci il təvəllüdlü Siyavuş Ağayev saxlanılıb.

"Cavanlar zərərçəkmişin qonşuluğunda yaşayırlar. Onlar bir-biriləri ilə qohum deyillər, baxmayaraq ki, soyadları eynidir. Onlar ilkin dindirmə zamanı dərhal günahlarını boyunlarına alıblar. İşin materialları rayon prokurorluğuna göndərilib" — deyə polisdən bildiriblər.

Polis bölməsində saxlanılan şəxslər maraqlı bəyanatla çıxış ediblər. Onların dediyinə görə, sözügedən cinayəti ona görə törədiblər ki, bu qızın adı kənddə pis çıxıb. Yeniyetmələr düşünüblər ki, əgər qadın yüngül əxlaqlıdırsa, onunla cinsi əlaqəyə girmək günah deyil.

İstintaq müəyyən edib ki, təcavüzkarlar qurbanın evinə ailənin digər üzvlərinin olmadığını qabaqcadan öyrənəndən sonra gediblər və qızı zorlayıblar. Saxlanılan şəxslər haqqında qrup şəklində zorlama ilə bağlı cinayət işi açılıb, törədilmiş cinayətin halları ilə bağlı araşdırma aparılır.

Kanal.az


qizi zorladilar
qıza təcavüz
polis
cinayət
azəri qızlar
Loading...
close
close