Yeni il gecəsi bunu edin, həyatınız dəyişsin
News24.az xəbər verir ki, bunların arasında son vaxtlar məşhurlaşan 12 üzüm ənənəsi maraq mövzusuna çevrilib.
19-cu əsrə aid olan 12 üzüm ritualı İspaniyada yaranıb. Bir şayiəyə görə, 1909-cu ildə İspaniyanın Alikante bölgəsindəki üzümçülər həddindən artıq üzüm yığımı səbəbindən bu ənənəyə başlayıblar.
Yeni il gecəsi saat 12-də zəng çalanda 12 üzüm yeyən ispanlar bu ritualın bəxt gətirdiyinə inanırlar. Hər bir üzüm toxumu ayları təmsil edir.
Bolluq və bərəkət rəmzi kimi tanınan üzümləri masanın altında yemək bəxt və bərəkətin davamı sayılır.
Hər üzüm üçün arzu edilir və onun gerçəkləşəcəyinə inanılır. Bu, ilin sonunu qeyd etmək və yeni ilə təmiz bir başlanğıc etmək üçün edilib.
ÜZÜM RİTUALINI NECƏ ETMƏLİ?
Yeni il ərəfəsində saat əqrəbi 12-ni vuranda hər zəng üçün bir üzüm yeyilir. Hesab olunur ki, bunu masanın altında yerinə yetirmək bu ritualı daha da gücləndirir.
- Maraqlı
- 04 Dekabr 2024