“Nolsun ki, yaşım 66-dır, mator 35-dir…”
Kanal.az xəbər verir ki, məşhur müğənni Cəmilə Bayramova (Elitstar Cəmilə) “Rəngarəng” verilişində maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sənətçi idmanla məşğul olduğunu və gününün böyük hissəsini yaradıcılığa sərf etdiyini söyləyib.
Aparıcı Zaur Nəbioğlu onun enerjisindən danışaraq zarafatla, “Bu yaşda? Axı 66 yaşınız var, yorulmursunuz?” sualını ünvanlayıb.
Elitstar isə aparıcıya cavabı ilə təəccübləndirib:
“Nolsun ki, yaş 66-dır? Mator 35, benzin 98-dir. Niyə yorulmalıyam ki?” /az24.az