"Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı" - "Space TV"dən getdi, yerinə o, gələcək

  • Gündəm
  • 14 Sentyabr 2025
68c3139e9df15202509252326

Aparıcı Səidə Bəkirqızı "Space TV"dən ayrılıb.

Kanal.az-ın Azxeber.com-a istinadən verdiyi məlumata görə, Səidə Bəkirqızının aparıcısı olduğu "Xəbərin izində" verilişi növbəti həftədən başqa aparıcının təqdimatında yayımlanacaq. 

Teleaparıcı faktı təsdiq edib. O, bundan sonra jurnalistika fəaliyyəti ilə məşğul olmayacağını da deyib:

"Ayrılıq qərarını özüm almışam. Nəinki televiziyadan, hətta 25 ilidir ki, çalışdığım jurnalistikadan da gedirəm. Yanlış olmayan ifadələrimə görə televiziyanın yayımı dayandırıldı. Bu, mənə bir daha sübut etdi ki, Səidə artıq yetər, get".

Bildirilib ki, verilişdə Səidəni aparıcı Elvin Basqallı əvəz edəcək. 

Oxşar xəbərlər
Xəbər lenti