67d5c86a9dc0e202503253522

Yadplanetlilər barədə şok faktlar ortaya çıxdı - Belə gizlənirlərmiş

Elm adamları iddia edirlər ki, yadplanetlilər qazlarda gizlənə bilərlər.


Kanal.az xəbər verir ki, bu barədə “The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunan araşdırmada deyilir.

Yeni tədqiqata görə, uzaq planetlərin qazlarında Yer kürəsindəkinə bənzəməyən həyatlar mümkündür.

Qazlar çox vaxt yadplanetli axtarışlarında diqqətdən kənarda qalır. Amma alimlərin fikrincə, bu qazlar əslində daha asan və tez öyrənilə bilər. Elm adamları deyirlər ki, bunu NASA-nın “Ceyms Uebb” kosmik teleskopu ilə ekzoplanetlərə baxaraq edə bilərik.


Bu qazlar metilhalogenidlər adlandırılır. Yerdə adətən bakteriyalar, göbələklər və ya buna bənzərlər tərəfindən buraxılan metilhalogenid halogen atomuna bağlı karbon və hidrogen atomlarından ibarətdir.


“Uebb” teleskopu ilə görmək üçün çox kiçik və sönük olan Yerəbənzər planetlərdə onları aşkarlamaq çətindir. Amma Hianid planetlər kimi tanınan digər kosmik cisimlərdə belə axtarışlar mümkündür.


ABŞ-nin Kaliforniya Universitetinin astrobioloqu Eddi Şviterman həmmüəllifi olduğu araşdırma haqqında deyib:

“Atmosfer gurultusu və teleskop məhdudiyyətlərinin bioloji elementlərin aşkarlanmasını çətinləşdirdiyi Yerəbənzər planetdən fərqli olaraq, hianidlər daha aydın siqnal verirlər. Bu cür qazları əmələ gətirən canlıların necə göründüyünü bilmirik, amma daha əvvəl qarşılaşdığımız hər şeydən tamamilə fərqli görünə bilərlər.


Əgər onları tapsaq, bunlar anaerob mikrobları ola bilərlər. Çox fərqli bir mühitə uyğunlaşdıqlarını söyləmək mümkündür. Bu qazların onların maddələr mübadiləsinin məqbul bir nəticəsi olduğunu söyləməkdən başqa necə göründüklərini təsəvvür edə bilmərik”. /teleqraf