XTQ generalına ağır itki üz verdi
Ölkə
14.09.2021 22:13
0

XTQ generalına ağır itki üz verdi

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarından biri olan Zaur Məmmədova ağır itki üz verib.

Kanal.az xəbər verir ki, general-mayorun anası bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Zaur Məmmədov (Cavanşir) Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. O, 2002–2004-cü illərdə mayor rütbəsində Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil alıb.

General-mayor Z.Məmmədovun Şuşanın azad edilməsində müstəsna xidmətləri olub və Şuşanın ilk komendantı təyin edilib. / Konkret

Loading...
Loading...