Xeyli sayda aksiz markası olmayan siqaret aşkarlanıb -  FOTO
Maraqlı, Hadisə
11.03.2021 15:53
430

Xeyli sayda aksiz markası olmayan siqaret aşkarlanıb - FOTO

Loading...

Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, Astara şəhəri ərazisində siqaretlərin “Renault Megane” markalı minik avtomobilinə yüklənərək daşındığı müəyyən edilib.

Keçirilən əməliyyat tədbiri zamanı sürücü sorğu-sual olunub və avtomobilə gömrük baxışı keçirilməsi məqsədi ilə “Astara” gömrük postunun inzibati ərazisinə gətirilib.

Yoxlama zamanı avtomobildə 2 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası olmayan müxtəlif adda 1 440 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


siqaret
aksiz siqaret
siqaret firmaları
Loading...
close
close