Qapanma anonsu verildi: Aktiv xəstə sayı 60 mini ötsə, məhdudiyyətlər olacaq
Ölkə
31.08.2021 12:33
704

Qapanma anonsu verildi: Aktiv xəstə sayı 60 mini ötsə, məhdudiyyətlər olacaq

Koronavirusa yoluxmuş aktiv xəstə sayı 60 mini ötsə, müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

Kanal.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib. O bildirib ki, aktiv xəstə sayının 60 mini ötməsi səhiyyə sistemi üçün ciddi yük olar:

“Artıq neçə gündür ki, yoluxma sayında ciddi artım müşahidə olunmur. Rəqəmlər 3700- 4165 arasında dəyişir. Bu, heç bir məhdudlaşdırıcı tədbir görülmədən baş verib. Bir müddət sonra yoluxma sayı azalarsa, bu o deməkdir ki, bundan sonra ciddi məhdudiyyətlərə getməyəcəyik. Lakin aktiv xəstə sayı 60 min nəfəri ötərsə, müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalacaqlar. Çünki səhiyyə sistemi artıq bütün həcmini doldurur. Burada iki ssenari var. Biricisi odur ki, bu say öz-özünə düşməyə başlayacaq və gündəlik 4000-dən aşağı rəqəmlər görməyə başlayacağıq. Bu zaman rahat olacağıq və peyvəndlənmə prosesi də sürətlənəcək. İkincisi isə odur ki, yoluxma sayında azalma görməsək və aktiv xəstə sayı 60 mini ötsə, səhiyyə sistemimizin üzərinə ciddi yük düşər və müəyyən məhdudiyyətlər gündəmə gələ bilər. Açıq havada maska taxılması qadağası, toy şənliklərinə, yığıncaqlara və restoranların fəaliyyətinə müəyyən məhdudiyyətlər gətirilə bilər. Tamamilə qapanma və SMS-icazənin olanacağına isə inanmıram".

Xatırladaq ki, hazırda Azərbaycanda ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib. 52 613 nəfər aktiv xəstə sayını təşkil edib.

Paylaş:
Loading...
Loading...