621e589dcf3e6_1431983

Xarici qüvvələr Ukraynaya gəlir: Zelenski vəziyyəti dəyişəcək həmləni etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı döyüşmək istəyən könüllü döyüşçülərin ölkəyə vizasız daxil olmasını nəzərdə tutan sənədi imzalayıb.

Kanal.az xəbər verir ki, qərarda bildirilir ki, martın 1-dən etibarən müharibə dövründə Ukraynanın Beynəlxalq legionuna qoşulmaq istəyən xarici döyüşçülər ölkəyə vizasız daxil ola biləcək. Məlumata görə, qərar Rusiya vətəndaşları üçün nəzərdə tutulmayıb.

Ekspertlər hesab edir ki, bu qərardan sonra xarici qüvvələrin Ukraynaya girişi sürətlənəcək.