Xanımlar özünü mənə bənzədir - Nazpəri
Xalq artisti Nazpəri Dostəliyeva xanımların özünü ona bənzətməsindən danışıb.
Müğənni bu barədə “El canlı” proqramına qonaq olarkən deyib. İfaçı bildirib ki, toylara gedən zaman qonaqların onun kimi geyindiyinin şahidi olub:
“Elə olub ki, toya getmişəm ki, hamı Nazpəri Dostəliyevadır. O dönəmdən başladı, bu günə kimi davam edir. Mənə bənzədirdilər. Çox sevinirəm ki, Azərbaycanda gözəl qadınların sayı artıb. Saç, makiyaj, geyim tərzi- hamı elə bil ki, balaca Nazpəridi”.
Bundan əlavə, sənətçi gəlinləri haqda danışıb:
“Mən gəlinlərimə qızım deyirəmsə, onlara sərbəstlik verirəm. Mənim sevgimin qarşılığı olmalıdır. Onlar mənə qarşı necə olacaq? Bu, qabiliyyətlərinə, əxlaqlarına, tərbiyələrinə qalıb”. / Olay.az
- Şou biznes
- 16 İyun 2023