Xanəndə və müəllimənin ölümünə peyvənd səbəb olub? -  AÇIQLAMA
Ölkə
20.08.2021 20:23
2024

Xanəndə və müəllimənin ölümünə peyvənd səbəb olub? - AÇIQLAMA

Məlum olduğu kimi, son günlər əhali arasında koronavirusa yoluxma və ölüm hallarının sayında artım var. Ötən gün 35 yaşlı müğənni Tuqay İsmayılovun, Turizm və Menecment Universitetinin gənc müəllimi Vüsalə Salahovanın koronavirusdan vəfat etməsi də ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə hər iki şəxsin ikinci doza peyvənddən sonra dünyasını dəyişməsi barədə yayılan iddialar müəyyən sualların yaranmasına səbəb olub. 

Kanal.az xəbər verir ki, "Qafqazinfo" adıçəkilən şəxslərin ölümü ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, ölümün peyvəndlə əlaqəsinin olub- olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır: "Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda, bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil. 

TƏBİB yalnız bölgələrdə və səyyar vaksinləşmə tədbirlərini həyata keçirir. Vaksin təlimata uyğun keçirilir və  mütəmadi olaraq həkimlərə bu barədə məlumatlar çatdırılır. Hələlik tərəfimizdən müayinə etmədən vaksin vuran həkim aşkarlanmayıb".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da bu gün saytımıza açıqlamasında iki doza peyvənd olunanlar arasında az sayda xəstələnənlər olduğunu vurğulayıb. Qeyd edib ki, onlar bir qayda olaraq xəstəliyi yüngül keçirir: "Lakin istisnalar da ola bilər, ölüm hallarına isə təsadüf edilməyib".

TƏBİB-in department müdiri Yaqut Qarayeva isə bugünkü brifinqdə vurğulayıb ki, bu gün xəstəxanalarda süni tənəffüs aparatına qoşulanların 97 faizi vaksin olunmayanlardır: "Vəfat edənlər arasında 99 faiz vaksin olunmayanlar aşkarlanır. İlk gündən bilirik ki, peyvənd yüz faiz effektli deyil. Vaksinasiya olunmuş şəxslərin isə 0,6 faizində kritik vəziyyət müşahidə olunub".


Paylaş:
Loading...
Loading...