Qazaxıstan etiraz

Xalqa atəş açmaqdan imtina edən qazax general intihar etdi

Qazaxıstanın Jambıl vilayətinin polis idarəsinin rəisi, general Janat Süleymanov intihar edib.

Kanal.az xəbər verir ki, bu barədə ORDA Teleqram kanalı məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, iğtişaşlardan sonra Süleymenova qarşı cinayət işi açılıb, o, tribunalla hədələnib.

Məlumata görə, general xalqa qarşı silah işlətməkdən imtina edib və buna görə də barəsində cinayət işi açılıb.