Xalq artisti ərindən danışdı: “Allah onu başımdan əskik etməsin”

  • Şou biznes
  • 21 Noyabr 2025
69204554de85b202511255620

Xalq artisti Gülyanaq Məmmədova “Günə uğurla” verilişində duyğulu anlar yaşayıb.

Kanal.az-ın məlumatına görə, efir zamanı ona hədiyyə olunan və üzərində müğənni ilə həyat yoldaşı Ziya bəyin fotosu əks olunan xüsusi saat sənətçini kövrəldib.

Gülyanaq Məmmədova ailəsində ağır sınaqlardan keçdiyini bildirib:

“Biz çox çətin sınaqlardan keçdik. Allah onu başımdan əskik etməsin. Hər bir qadının dəstəyi, gücü, əxlaqı, isməti, ailə dəyərləri həyat yoldaşından başlayır. Allah onu ailəmə, balalarıma çox görməsin”.

Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı bir müddət səhhətində ciddi problemlər yaşayırdı. Cütlüyün dörd övladı var. /az24.az

Oxşar xəbərlər