Vüsalə Kərimovanın Vətən müharibəsi iştirakçısı olan həyat yoldaşıyla yeni FOTOSU
Gündəm, Maraqlı
05.07.2021 13:11
311

Vüsalə Kərimovanın Vətən müharibəsi iştirakçısı olan həyat yoldaşıyla yeni FOTOSU

Kanal.az xəbər verir ki, Bu yaxınlarda toyları olan Vətən müharibəsi iştirakçısı Vaqif Babazadə və idman rəqsi paralimpiyaçı Vüsalə Kərimovanın sosial şəbəkədə şəhərdə gəzərkən çəkilən fotosu yayılıb.

Sosial şəbəkə istifadəçiləri şəkilə “Sevgi əngəl tanımır” şərhini verib.

Qeyd edək ki, V.Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub. Ailədə iki uşaq olan, pozitivliyi ilə diqqət çəkən paralimpiyaçımız 2004-ci ildə ehtiyatsızlıq səbəbindən beşinci mərtəbədən yıxılıb. Aldığı xəsarətlərdən yerimə qabiliyyətini itirib.

O, Moskva Dövlət Humanitar İqtisad Universitetinin hüquq fakültəsində qiyabi təhsil alıb, “ASAN Xidmət” mərkəzilərindən birində çalışır. 

Öz üzərində çalışan, əhval-ruhiyyəsini daim yüksək tutan V.Kərimovanın idman sahəsində karyerası 2012-ci ildən başlayıb.

Onun həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı V.Babazadə isə müharibədəki qəhrəmanlıqlarına görə “Ağdamın azad olunmasına görə”, “Şücaətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.


Loading...
Loading...