"Verilişinizə tüpürüm, sizin cındır efirləriniz mənə lazım deyil" – Afət Zaura “od püskürdü”

  • Şou biznes
  • 17 Dekabr 2025
684d2abb44d56202506255435

Müğənni Afət Fərmanqızı TikTok platformasında açdığı canlı yayım zamanı aparıcı Zaur Nəbioğlu ilə telefon bağlantısı yaradaraq qalmaqallı açıqlamalar verib.

Kanal.az xəbər verir ki, canlı yayımda səsləndirilən sərt və təhqiramiz ifadələr qısa zamanda sosial şəbəkələrdə geniş rezonans doğurub və müzakirələrə səbəb olub.

Bildirilir ki, qalmaqala səbəb Vəfanin verilişdə Afət Fərmanqızının ünvanına səsləndirdiyi fikirlər olub.

Afət Fərmanqızı canlı yayımda emosiyalarına hakim ola bilməyərək Zaurun sözünü ağzında qoyub:

“Verilişinizə tüpürüm. Ondansa “Sədərək”də səhnəyə çıxaram. Cındır efirləriniz mənə lazım deyil. Adımın çəkilməsinə qadağa qoyuram”.

Müğənninin bu açıqlamaları zamanı aparıcı Zaur Nəbioğluna ünvanlanan sözlər xüsusilə diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri Afət Fərmanqızının çıxışını “Zaur Nəbioğluna od püskürdü” kimi dəyərləndiriblər. (milli.az)

Oxşar xəbərlər