Vaxtı ilə Elçibəy 4 helikopter istəyəndə... - Binəli Yıldırım

  • Dünya
  • 24 May 2022 13:11
  • Oxunub: 3716

Vaxtı ilə keçmiş Prezident Əbülfəz Elçibəy 4 helikopter istəyəndə göndərə bilmədik. Amma Türkiyə bu gün Azərbaycan Prezidentinə “Qarabağ məsələsində yanınızdayıq” deyə bildi.

Kanal.az xəbər verir ki, bu sözləri hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım deyib.

“Türkiyə bu mövqeyə asanlıqla gəlməyib. Biz insanların göz rənglərinə deyil, göz yaşlarına baxırıq. Bu göz yaşları həmişə eyni rəngdədir. Odur ki, biz türk dövlətləri olaraq həmişə həmrəy olacağıq”, - B.Yıldırım bildirib.

Qeyd edək ki, 1993-cü ildə Kəlbəcər işğal olunarkən Azərbaycanın həmin dövrdə prezidenti olan Əbülfəz Elçibəy Türkiyə lideri Süleyman Dəmirəldən iki mülki helikopter istədiyini, ancaq NATO-nun razılığı olmadığı üçün Türkiyənin mülki helikopterləri verə bilmədiyini bildirmişdi.

Loading...
Loading...
Oxşar xəbərlər
x
Loading...